ELEKTRİK MÜHƏNDİSLİYİ


“Elektrik mühəndisliyi” ixtisası enerji inkişafı və enerji istehsalı, elektrik ötürmə və paylama şəbəkələri, elektrik maşınları və güc elektronikasını əhatə edir.

Eyni zamanda, bu ixtisas mexanika, elektronika, kompüter və rabitə mühəndisliyinin kəsişdiyi çoxsahəli bir tətbiq platformasını təşkil edir. Bu platforma müasir elektrik enerji sistemlərinin dizaynı, quraşdırılması, monitorinqi, nəzarəti, qorunması və idarə olunmasına səbəb olur.

İxtisasa yiyələnənlər ən kiçik cihazlardan böyük elektrik stansiyalarına qədər hər cür elektron cihazlarla yüksək səviyyədə işləmə bacarıqlarına sahib olurlar.

Bununla yanaşı, “Elektrik mühəndisliyi” tələbələrə gələcəkdə bərpa olunan enerji, enerji paylama və saxlama şəbəkələrinin dizaynı və ya digər əsas infrastrukturlar üçün daha yaxşı idarəetmə sistemləri üzrə layihələrdə işləmək imkanı qazandırır. Proqramın məzunları elektrik mühəndisliyi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara da yiyələnəcəklər.

Keçidə daxil olaraq “Elektrik Mühəndisliyi” ixtisasının tədris planı haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Tələbələr məzun olduqdan sonra Koreya Respublikasının İNHA Universiteti tərəfindən “Electrical Engineering” və Bakı Mühəndislik Universiteti tərəfindən isə “Elektrik və elektronika mühəndisliyi” proqramları üzrə iki diplom alacaqlar.