Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi Koreya) İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə icra olunan beynəlxalq ikili diplom proqramı (İDP)

 

BMU-İNHA İDP

 

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı 2020/2021-ci tədris ilindən həyata keçirilir.

2023/2024-cü tədris ilinin tələbə qəbuluna dair 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əsas icra istiqamətlərindən biri Azərbaycan iqtisadiyyatı və gələcəyi üçün prioritet ixtisaslar üzrə dünyanın prestijli və nüfuzlu universitetləri ilə yerli universitetlər arasında beynalxalq ikili diplom proqramlarının təsis olunmasıdır.

Belə ki, 28 Avqust 2020-ci ildə Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının inkişaf etmiş ən nüfuzlu universitetlərdən biri olan İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı imzalanmışdır.

4 qəbul ilini əhatə edən bakalavr proqramına “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə ümumilikdə müqavilə müddətində 400 nəfərin qəbul olunması nəzərdə tutulubdur.

Artıq üç qəbul həyata keçirilmişdir: 2020/2021, 2021/2022 və 2022/2023-cü tədris illərinin qəbul nəticəsinə əsasən, 270-dən çox tələbə hazırda 4 ixtisas üzrə İDP-də təhsil almaqdır.

2023/2024-cü tədris ili üçün İDP üzrə qəbula start verilmişdir və onlayn qeydiyyat 5 iyun - 9 avqust 2023-cü il tarixləri arası həyata keçiriləcəkdir.

 

İXTİSASLAR:

2023/2024-cü tədris ili qəbulu planına əsasən, 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına 4 ixtisas üzrə 123 nəfərin qəbul ediləməsi nəzərdə tutulubdur:

 

TƏDRİSİN TƏŞKİLİ:

Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən, tələbələr ənənəvi qaydada 3 akademik ili BMU-da İngilis dilində (bəzi fənlər Azərbaycan dilində olmaqla), 1 akademik ili (sonuncu kursu) isə  Koreya Respublikasının İNHA Universitetində Koreya dilində təhsil alacaqlar.

Əlavə olaraq, tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq məqsədi ilə proqram şərtlərinə uyğun olaraq Koreya dili dərsləri tədris olunur, və onlar müvafiq olaraq “TOPİK” sertifikatı (Test Of Proficiency İn Korean) əldə etmək üçün 1-ci, 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edirlər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Koreya Respublikasının İNHA Universitetində Koreya dilində davam etdirmək imkanı, və müvafiq olaraq, 4 ilin sonunda iki diplom əldə edirlər.

Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 1-ci kursun sonunda Koreya Respublikasında 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Koreya Respublikasında təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

 

TƏHSİL ALANLARIN MALİYYƏ XƏRCLƏRİ:

Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Belə ki, təhsil alanların

“2019-2023 Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır.

 

PROQRAMIN HƏDƏFİ:

Proqramın əsas hədəfi - ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirməkdir.

Eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.