“Hər bir tələbənin arzusu xaricdə təhsil almaqdır. Abituriyentlərə məsləhətim odur ki, əgər siz də xaricdə təhsil almaq, eləcə də ingilis və Koreya dilində bacarıqlara yiyələnmək istəyirsinizsə, BMU-İNHA ikili diplom proqramı sizin gələcək karyeranızda atdığınız ən uğurlu addımlardan biri olacaq”
Bu fikri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü proqrama 2022/2023-cü tədris ili üzrə qəbul olaraq, Elektrik mühəndisliyi ixtisasında təhsil alan I kurs tələbəsi Nəsib Əhmədov bildirib.
Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.
Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.