İNHA Universitetinin müəllimi BMU-da təşkil olunan “Yay məktəbi”nin önəmindən

bəhs edib

 

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi” başa çatıb.

İki universitet arasında icra olunan ikili dövlət proqramının əsas komponentlərindən olan “Yay məktəbi” haqqında danışan İNHA Universitetinin İnşaat mühəndisliyi fakültəsinin müəllimi Kvangbae Kim məmnunluğunu dilə gətirib: “Birgə icra olunan proqram çərçivəsində tələbələrlə ümumi stansiya ilə ölçmə prosesindən zövq aldıq”.

Həm Koreyada, həm də BMU-nun “Yay məktəbi”ndə Geodeziya kursunu tədris etdiyini deyən  Kvangbae Kim bu sahə ilə bağlı fikirlərini qeyd edib: “Bizim iki növ təcrübəmiz var: biri hamarlama, digəri total stansiyadan istifadə edərək, bucaq və məsafənin ölçülməsidir. Ümumi stansiya aləti ilə biz üfiqi və şaquli bucağı, həmçinin üfiqi və şaquli məsafəni ölçürük”.

İkili diplom proqramının tələbəsi Nurəddin Hüseynov da öz təəssüratlarını bölüşərək proqramın üstünlüklırini nəzərə çatdırıb.