Tələbə Elmi Cəmiyyəti

 

TEC - Tələbərə yönəlik layihələr, seminarlar, elmi festivallar və yarışların həyata keçirilməsi, tələbələri gələcək həyata hazırlayan təşkilat!

    Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti, tələbələrin elmi tədqiqat və elmi-praktiki işlərinin təşkili və koordinasiyası üçün yaradılmış, Bakı Mühəndislik Universitetinin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.

 

Bakı Mühəndislik Universiteti Tələbə Elmi Cəmiyyətinin məqsəd və vəzifələri:

  - Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması,

  - Elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi,

  - Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması,

  - Elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminarlarını təşkil edilməsi,

  - Tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi.

 

BMU Tələbə Elmi Cəmiyyətinin strukturu:

Tələbə Elmi Cəmiyyətinin sədri

Tələbə Elmi Cəmiyyətinin sədr müavinləri

  • Daxili işlər üzrə sədr müavini
  • Xarici işlər üzrə sədr müavini

Tələbə Elmi Cəmiyyətinin departamentlər üzrə sədrləri

  • Menecment departamenti üzrə sədr
  • Elmi işlər və Layihələr departamenti üzrə sədr
  • İctimaiyətlə Əlaqələr Departamenti üzrə sədr
  • İnsan Resursları Departamenti üzrə sədr

Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə sədrləri

  • Pedaqoji fakültə üzrə sədr
  • Mühəndislik fakültəsi üzrə sədr
  • İqtisadiyyat fakültəsi üzrə sədr