Bakı Mühəndislik Universitetinin (BMU) Həmkarlar İttifaqı Komitəsi 14 aprel 2017-ci ildən fəaliyyət göstərir.
BMU Həmkarlar İttifaqının 478 üzvü var. Komitənin 9 nəfərdən ibarət rəyasət heyəti, 5 nəfərdən ibarət təftiş komissiyası, 21 nəfərdən ibarət məclisi fəaliyyət göstərir.
Komitə kollektivin asudə vaxtlarının səmərəli keçirilməsini və mədəni-kütləvi tədbirlərdə iştirakını təşkil edir, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə köməklik göstərir.