İNHA Universiteti haqqında

Koreya Respublikası (Cənubi Koreya) bir sıra məşhur brendlərin, ticarət markalarının vətəni olmaqla, mühəndislik sahəsində ən inkişaf etmiş ölkələrdən biridir. Buraya avtomobil sənayesindən, məişət avadanlıqlarının hazırlanmasına qədər geniş spektri əhatə edən məhsul markaları daxildir: Samsung, LG, Hyundai, Kia.

İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Koreya Respublikasının lider universitetlərindən biridir: reytinq üzrə 189 universitet arasında 8-ci yerdədir, 20 mindən çox tələbəsi olan ali təhsil ocağının 73 ixtisasın 26-si mühəndislik ixtisası üzrədir.