Niyə BMU-İNHA İkili Diplom Proqramı (BMU-İNHA İDP) ?

BMU-İNHA İDP-ni seçmək üçün bir çox səbəblər var. Onlar arasında BMU-İNHA İDP-ni digər universitetlər arasında fərqləndirən ən önəmli səbəblər bunlardır:

  • 4 il bakalavr təhsili müddətində, yəni 3 il Azərbaycanda və 1 il Cənubi Koreyada oxumaqla, təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən 2 bakalavr diplomu təqdim edilir.
  • İkili diplom proqramı Cənubi Koreyanın inkişaf etmiş ən nüfuzlu universitetlərdən biri olan İNHA Universitetinin birgə iştirakı ilə icra olunur (reytinq üzrə 189 universitet arasında 8-ci yerdədir). 20 mindən çox tələbəsi olan ali təhsil ocağının 73 ixtisasın 26-si mühəndislik ixtisası üzrədir.
  • Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına icra olunur, yəni tələbələr tam təqaüdlü beynəlxalq keyfiyyətli təhsil almaq imkanı əldə edirlər.
  • Proqram çərçivəsində 1-ci kursun sonunda, tələbələrin Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı nəzərdə tutulur ki dünyaca məşhur SAMSUNG, LG, HYUNDAI, KIA kimi məşhur şirkətlərə ziyarət etmək imkanı əldə edirlər.
  • Sinxronlaşdırılmış iki tədris proqramı (Kurrikulum) əsasında tam beynəlxalq keyfiyyətli unikal təhsil almaq imkanı əldə edirlər.
  • Çoxdilli tədris mühitində oxumaq imkanı (İngilis dilində mühəndislik ixtisasına paralel olaraq 3 il ərzində Koreya dilinin tədrisi + iki semestr İngilis dilinin tədrisi) + King Sejong Institute Xirdalan
  • Seçilmiş yerli və xarici universitetlərin professor-müəllim heyəti ilə tədris imkanı.
  • Beynəlxalq təcrübəni öyrənərək, qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnərək, dünya səviyyəli uğurlu mütəxəssis olmaq imkanı.
  • Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalardan istifadə imkanı.
  • Müasir tələblərə cavab verən yataqxana ilə təminat.
  • Magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanı.
  • Azərbaycanda və dünyanın istənilən nöqtəsində işlə təminat şansının yüksək olması.
  • “Dövlət Proqramı” məzununları seçilmiş məzun olaraq “Dövlət qulluğu”na müsabiqədənkənar qəbul edilirlər.