ELEKTRONİKA MÜHƏNDİSLİYİ

 

Proqramın məzunları “Elektronika mühəndisliyi” sahəsi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara yiyələnəcəklər.

İxtisas tələbələrə hər gün istifadə etdiyimiz bir çox cihazlar, smartfonlar, fərdi kompüterlər və WiFi şəbəkələri də daxil olmaqla elektron cihazlarla işləmələri üçün bənzərsiz imkanlar verir.

Elektronika mühəndisləri radio və televizorlardan peyk və rabitə sistemlərinə qədər elektron avadanlıqları araşdırır, dizayn edir və inkişaf etdirir.

Tələbələr gələcəkdə elektronika mühəndisləri olaraq əsasən müxtəlif sənaye sahələrində elektron cihazları və strukturları üçün komponentlərin hazırlanması və optimallaşdırılmasında, elektrik avadanlıqlarının nasazlıqlarının aradan qaldırılması və ya digər idarəetmə sistemləri kimi layihələrdə işləmək imkanı qazanacaqlar.

Keçidə daxil olaraq “Elektronika Mühəndisliyi” ixtisasının tədris planı haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Tələbələr məzun olduqdan sonra Koreya Respublikasının İNHA Universiteti tərəfindən “Electronic Engineering” və Bakı Mühəndislik Universiteti tərəfindən isə “Elektrik və elektronika mühəndisliyi” proqramları üzrə iki diplom alacaqlar.