İNŞAAT MÜHƏNDİSLİYİ


Proqramın məzunları “İnşaat mühəndisliyi” sahəsi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara yiyələnəcəklər.

“İnşaat mühəndisliyi” ixtisası daim inkişafda olan sahələrdən biridir. Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir, layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar. Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı, dil biliklərini təkmilləşdirməlidir.

“İnşaat mühəndisliyi” ixtisası inşaat sahəsində iş görülməsi üçün əsas və ilkin məlumatlar toplusudur. Bu ixtisas mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması üçün bənzərsiz imkanlar verir.

Tələbələr gələcəkdə peşakar inşaat mühəndisi olaraq yollar, binalar, körpülər, tunellər, kondisioner, bəndlər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələrdə işləmək imkanı qazanacaqlar.

Keçidə daxil olaraq “İnşaat Mühəndisliyi” ixtisasının tədris planı haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Tələbələr məzun olduqdan sonra Koreya Respublikasının İNHA Universiteti tərəfindən “Civil Engineering” və Bakı Mühəndislik Universiteti tərəfindən isə “İnşaat Mühəndisliyi” proqramları üzrə iki diplom alacaqlar.