“Yay məktəbi” tələbələrə gözəl imkanlar yaradır. Bu fikri 2021/2022-ci tədris ilinin davamı olaraq, Bakı Mühəndislik Universitetində (BMU) təşkil edilmiş “Yay məktəbi”nin müəllimi, Koreyanın İNHA Universitetinin professoru Jaehyun Park bildirib.
İnformasiya texnologiyaları üzrə “Rəqəmsal məntiqi dövrələr” (Digital Logic Circuits) fənnini tədris edən professor tədris müddətində “Yay məktəbi” iştirakçılarının motivasiyasının olduqca yüksək olduğunu, dərslərdə öyrəndikləri nəzəri bilikləri təcrübədə həvəslə tətbiq etdiklərini dilə gətirib: “Mən də öz növbəmdə, belə tələbələrlə işləməkdən çox məmnunam”.