İNHA Universitetinin professoru Junhyeong Lee: Hidrologiya dərsinin İnşaat mühəndisliyində əhəmiyyəti

Koreya Respublikasının İNHA Universitetinin İnşaat mühəndisliyi kafedrasının professoru Junhyeong Lee, Bakı Mühəndislik Universitetində (BMU) yay məktəbi çərçivəsində dərs keçib. Professor Junhyeong Lee, bu tədris müddətində tələbələrə Hidrologiya dərsini tədris edib.

Junhyeong Lee dərslərində Axının Ölçülməsi (Stream Measurement) mövzusuna diqqət yetirəcəyini bildirib. O, bu mövzunun su ehtiyatlarının idarə olunması və daşqınların qarşısının alınması baxımından çox vacib olduğunu vurğulayıb. Professor, axınların hesablanmasında bəzi hallarda çətinliklərin yarandığını, lakin bu dərslərdə Slope-Area Method kimi müxtəlif üsullardan istifadə edərək axının qiymətləndirilməsini öyrənəcəklərini qeyd edib.

Junhyeong Lee, Hidrologiya dərsinin tələbələrin yalnız mühəndislik sahəsində deyil, həm də tədqiqatçı kimi uğur qazanmaları üçün çox vacib olduğunu bildirib.