“Bu il BMU-İNHA ikili diplom proqramına sonuncu qəbul ili olacaq. Abituriyentlərə tövsiyəm odur ki, bu şansı dəyərləndirsinlər”.
Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramının İnşaat mühəndisliyi ixtisası üzrə Metal konstruksiya fənninin müəllimi Mirzəcan Sultanov bildirib.
Müəllim qeyd edib ki, proqramın ilk 3 ili Azərbaycanda, sonuncu 1 ili isə Koreya Respublikasında tədrisi nəzərdə tutur.
İnşaat mühəndisliyi ixtisasının vacibliyindən də danışan M.Sultanov bu istiqamətin dövrün ən çox tələb olunan ixtisaslarına daxil olduğunu vurğulayıb: “Çünki dünyada artıq inkişaf getdikcə yeni tikili və konstruksiayalara ehtiyac yaranır. İnşaat mühəndisliyi ixtisası üzrə prqoarm hazırlanarkən bu günün müasir tələblərinə xüsusi diqqət yetirilib. Proqram çərçivəsində konstruksiyaların layihələndirilməsi, statik olaraq hesablandırılması, qiymətləndirilməsi, idarəolunması tələbələrimizə öyrədilir”.