İLKIN SEÇİM MEYARLARI:
BMU-İNHA İDP-yə qəbul AR Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavriat pilləsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən müsabiqə (daxili imtahan) əsasında aparılır. Belə ki, proqrama müraciət etmiş namizədlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar;
- 2025-ci ildə DİM-in 1-ci ixtisas qrupu imtahanında iştirak etməli və uğurlu nəticə göstərməlidirlər;
- BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamalıdırlar:
-
- Kompüter elmləri / Süni intellekt mühəndisliyi (Aİ) – 25 nəfər (keçid balı – 400/700)
- Data analitikası / Data elmləri – 25 nəfər (keçid balı – 400/700)
- İnformasiya texnologiyaları – 25 nəfər (keçid balı – 400/700)
- Elektrik və elektronika mühəndisliyi – 25 nəfər (keçid balı – 400/700)
- İNHA Universitetinin təşkil etdiyi yazılı imtahandan uğurla keçməlidirlər: Fizika, Riyaziyyat və İngilis dili.
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
Daxili imtahanda iştirak etmək üçün qeydiyyatdan keçərək abituriyent hesabı yaratmaq və, müvafiq olaraq, onlayn müraciət formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3.5x4.5 ölçüdə rəngli fotoşəkil;
- DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd;
- Məktəb attestatının skan versiyası (attestatını almayan tələbələr təhsil aldıqları orta məktəbdən imzalı və möhürlü arayış təqdim etməlidir);
- İngilis dili sertifikatı (olduğu təqdirdə): İELTS 5.5 və ya TOEFL İBT 71
Qeyd 1: İngilis dili sertifikatı təqdim edən namizədlər ingilis dili yazılı imtahanından azad olunur.
Qeyd 2: Proqrama qeydiyyat zamanı namizəd buraxılış iş nömrəsi (300 ballıq imtahan), blok imtahanı iş nömrəsi (400 ballıq imtahan) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.
Qeyd 3: Daxili imtahan yazılı formada Fizika, Riyaziyyat və İngilis dilindən ibarət olaraq İngilis dilində həyata keçiriləcəkdir.
Qeyd 4: BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU- İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.
Qeyd 5: BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirak etmək üçün ən azı bir həftə vaxtları olacaq.
DAXİLİ MÜSABİQƏ TARİXLƏRİ:
- 1 Avqust – 9 Avqust 2025-ci il – Online qeydiyyat
- 11 Avqust 2025-ci il – Yazılı imtahan (Fizika, Riyaziyyat və İngilis dili)
- 15 Avqust 2025-ci il – Nəticələrin rəsmi olaraq elan edilməsi
2022/2023-CÜ TƏDRİS İLİNİN DAXİLİ İMTAHANINA DAİR VİDEOÇƏKİLİŞ:
- 2022/2023-ci tədris ili üzrə BMU-İNHA İDP-yə müraciət etmiş namizədlər üçün məlumatlandırma tədbiri keçirilib - http://bit.ly/3ofVy5e
- 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsində BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib - http://bit.ly/3MJKDeg