“Mühəndislik sahəsində ixtisaslaşmış kadr kimi yetişmək istəyənlər üçün BMU İNHA İDP ən yaxşı seçimdir”

“Abituriyentlərə demək istərdim ki, əgər mühəndislik sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olan Koreyada ixtisaslaşmış kadr kimi yetişmək istəyirlərsə, BMU-İNHA ikili diplom proqramı ən yaxşı seçimdir”.

Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramının (İDP) tələbəsi Nərmin Teymurlu bildirib.

Proqramın 2021/2022-ci tədris ili qəbulu üzrə Elektronika ixtisasının II kurs tələbəsi BMU-İNHA İDP-ni seçməsi ilə bağlı fikirlərini paylaşaraq bunun gələcəyi üçün verdiyi ən doğru qərar olduğunu vurğulayıb: “Bir çox abituriyent kimi, arzum təhsilimi xaricdə davam etdirmək idi, universitet seçimində də bu, əsas kriteriyalarımdan biri idi. BMU-İNHA ikili diplom proqramı bütün istəklərimi qarşıladığı üçün məhz onu seçdim. Düşünürəm ki, bu, gələcəyim üçün verdiyim ən doğru qərarlardan biridir”.

N.Teymurlu, həmçinin proqram çərçivəsində həm İNHA Universitetində, həm də BMU-da təşkil olunan “Yay məktəbi”nin üstün cəhətlərinə və bunun tələbələrin inkişafında oynadığı rola toxunub.

 

Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.

Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.