Niyə BMU-İNHA İkili Diplom Proqramı (BMU-İNHA İDP) ?
BMU-İNHA İDP-ni seçmək üçün bir çox səbəblər var. Onlar arasında BMU-İNHA İDP-ni digər universitetlər arasında fərqləndirən ən önəmli səbəblər bunlardır:
4 il bakalavr təhsili müddətində, yəni 3 il Azərbaycanda və 1 il Cənubi Koreyada oxumaqla, təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən 2 bakalavr diplomu təqdim edilir.
İkili diplom proqramı Cənubi Koreyanın inkişaf etmiş ən nüfuzlu universitetlərdən biri olan İNHA Universitetinin birgə iştirakı ilə icra olunur (reytinq üzrə 189 universitet arasında 8-ci yerdədir). 20 mindən çox tələbəsi olan ali təhsil ocağının 73 ixtisasın 26-si mühəndislik ixtisası üzrədir.
Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına icra olunur, yəni tələbələr tam təqaüdlü beynəlxalq keyfiyyətli təhsil almaq imkanı əldə edirlər.
Proqram çərçivəsində 1-ci kursun sonunda, tələbələrin Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı nəzərdə tutulur ki dünyaca məşhur SAMSUNG, LG, HYUNDAI, KIA kimi məşhur şirkətlərə ziyarət etmək imkanı əldə edirlər.
Sinxronlaşdırılmış iki tədris proqramı (Kurrikulum) əsasında tam beynəlxalq keyfiyyətli unikal təhsil almaq imkanı əldə edirlər.
Çoxdilli tədris mühitində oxumaq imkanı (İngilis dilində mühəndislik ixtisasına paralel olaraq 3 il ərzində Koreya dilinin tədrisi + iki semestr İngilis dilinin tədrisi) + King Sejong Institute Xirdalan
Seçilmiş yerli və xarici universitetlərin professor-müəllim heyəti ilə tədris imkanı.
Beynəlxalq təcrübəni öyrənərək, qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnərək, dünya səviyyəli uğurlu mütəxəssis olmaq imkanı.
Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalardan istifadə imkanı.
Müasir tələblərə cavab verən yataqxana ilə təminat.
Magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanı.
Azərbaycanda və dünyanın istənilən nöqtəsində işlə təminat şansının yüksək olması.
“Dövlət Proqramı” məzununları seçilmiş məzun olaraq “Dövlət qulluğu”na müsabiqədənkənar qəbul edilirlər.