“Ümid edirəm ki, ikili diplom proqramı respublikamıza böyük xeyir verəcək. Bizim tələbələrimiz 3 il Azərbaycanda, 1 il İNHA Universitetində təhsil aldıqdan sonra geri qayıdıb, öz bəhrələrini verəcəklər”.
Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü, ikili diplom proqramının müəllimi, BMU-nun riyaziyyat kafedrasının müdiri, r.e.d. Rakib Əfəndiyev bildirib.
Kafedra müdiri tədris etdiyi riyaziyyat fənninin informasiya texnologiyaları sahəsində təhsil alan tələbələr üçün üstünlüklərindən, müəyyən problemlərin həllində əvəzedilməz rolundan da danışıb.