İNFORMASİYA TEXNOLOGİYALARI

 

 

Proqramın məzunları “İnformasiya texnologiyaları” sahəsi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara yiyələnəcəklər.

İxtisas tələbələrə kompüter şəbəkəsi layihələndiricisi, kompüter proqramçısı, kompüter sistemləri analitiki, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb proqramçı və bir çox müxtəlif istiqamətlərdə karyerasını inkişaf etdirməyə imkan verir. İnformasiya texnologiyaları geniş miqyasda bütün sahələrdə kommersiya və təşkilati problemləri həll etmək üçün texnologiyanın necə tətbiq olunacağını öyrənir.

Tələbələr gələcəkdə informasiya texnologiyaları üzrə mütəxəssis olaraq elektron məlumatın müxtəlif formalarını yaratmaq, emal etmək, saxlamaq, qorumaq və mübadiləsi üçün lazımi bilik və bacarıqlara yiyələnərək müxtəlif İT sahələrdə işləmək imkanı qazanacaqlar.

Keçidə daxil olaraq “İnformasiya texnologiyaları” ixtisasının tədris planı haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Tələbələr məzun olduqdan sonra Koreya Respublikasının İNHA Universiteti tərəfindən “Information and Communication Engineering” və Bakı Mühəndislik Universiteti tərəfindən isə “İnformasiya Texnologiyaları” proqramları üzrə iki diplom alacaqlar.